“Prezident Vladimir Putin prezident seçkilərində mümkün iştirakı ilə bağlı heç bir açıqlama verməyib”.
Elchi.az TASS.ru-ya istinadən xəbər verir ki, bu fikirləri Kreml rəsmisi Dmitri Peskov deyib.
“İndiyədək Putindən heç bir açıqlama verilməyib”.
Dövlət başçısının mətbuat katibi jurnalistlərə səbirli olmağı da təklif edib.
Xatırladaq ki, Federasiya Şurası Rusiyada prezident seçkilərinin tarixini təsdiqləyib. Seçkilər 2024-cü il martın 17-də keçiriləcək. Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Federasiya Şurasında çıxışı zamanı bildirib ki, dekabrın 8-də Mərkəzi Seçki Komissiyası səsvermənin üç gün ərzində – martın 15, 16 və 17-də keçirilməsi məsələsinə baxacaq.
Yeganə






