ABŞ və Kanadada xarab qovun səbəb olduğu salmonella epidemiyası 8 nəfərin ölümünə səbəb olub. Epidemiya səbəbindən yüzlərlə insanın xəstəxanalara yerləşdirildiyi bildirilib.
Elchi.az xəbər verir ki, xarab qovun səbəb olduğu salmonella epidemiyası nəticəsində ABŞ-da 3, Kanadada 5 olmaqla 8 nəfər ölüb, yüzlərlə insan xəstəxanalara yerləşdirilib.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) verdiyi açıqlamada, noyabrın ortalarından bəri 38 ştatda 230 nəfərin salmonella epidemiyasından təsirləndiyi bildirilib.
Açıqlamada xəstələrdən 96-nın xəstəxanaya yerləşdirildiyi, 3 nəfərin dünyasını dəyişdiyi bildirilib.
Kanada səhiyyə rəsmiləri həmçinin ölkədə 129 hadisənin olduğunu və xəstəxanaya yerləşdirilən 44 nəfərdən 8-nin öldüyünü açıqlayıb.
CDC xəstəliyin mənbəyinin bazarlarda kəsilərək satılan bostanlar olduğuna diqqət çəkərək, xalqı mənşəyi məlum olmayan bostanları almamağa və istehlak etməməyə çağırıb.
ABŞ Qida və Dərman İdarəsi (FDA) da epidemiya ilə əlaqəli markaların məhsullarını geri çağırdıqlarını açıqladı.
Şayəstə Hüseynova





