Hazırda Avropa İttifaqı tərəfindən Ukrayna üçün əlavə xərclərə imkan və ehtiyac yoxdur. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Almaniya Maliyyə Nazirliyinin rəhbəri Kristian Lindner deyib.
“Mövqe ondan ibarətdir ki, Avropa İttifaqı Ukraynanın tərəfində olmalıdır. Lakin bundan başqa biz yeni layihələrə əlavə vəsait ayırmağa təcili ehtiyac və imkan görmürük”, – deyə siyasətçi bildirib.
Lindner vurğulayıb ki, Almaniya bütün mümkün vasitələrlə Kiyevin müdafiə qabiliyyətini təmin etməyə davam edir.
Lindner daha əvvəl Ukraynaya beş milyard avro məbləğində daimi hərbi yardım göstərməyi təklif etmişdi. O qeyd edib ki, Almaniya Ukraynaya artıq 22 milyard avro köçürüb ki, bura hərbi və humanitar yardımlar, həmçinin qaçqınların qəbulu və yerləşdirilməsi xərcləri daxildir.
Havar Şəfiyeva






