"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İran İsrailə üçüncü cəbhə açır: “Allahın ordusu” Qolan təpələrinə cəmləşir

25 Fevral 2015 - 13:51
in DÜNYA

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

İran İsrailə üçüncü cəbhə açırİsrailin baş naziri Benyamin Netanyahu hökumətin iclasında bildirib ki, İran yəhudi ölkəsinə qarşı üçüncü cəbhə açmağa hazırlaşır.

Virtualaz.org saytı xəbər verir ki, baş nazir İranın bunu HƏMAS və “Hizbullah”ın köməyi ilə etdiyini deyib.

B.Netanyahu bildirib ki, “Allahın ordusu”, yəni “Hizbullah” silahlıları Qolan təpələrinin Suriyanın nəzarəti altında olan hissələrində cəmləşdirilir.

İndiyədək İran cənubdan HƏMAS-ın, şimaldan, Livan ərazisindən “Hizbullah”ın köməyi ilə İsrailə qarşı döyüşürdü. Lakin İsrailin “Allahın ordusu” ilə ayrıca haqq-hesabı var. Ərəb ölkələrinin ordularından fərqli olaraq “Hizbullah” indiyədək İsraillə müharibələrdə heç vaxt uduzmayıb, ən yaxşı halda “heç-heçə” ilə kifayətlənib.

Bu baxımdan İsrail baş nazirinin bəyanatı xüsusi maraq doğurur. B.Netanyahunun bildirdiyinə görə, İran minlərlə “Hizbullah” döyüşçüsünü Qolan təpələrində və Suriyanın digər cənub ərazilərində yerləşdirib.

Yaxın Şərq üzrə analitiklər deyirlər ki, İsrail baş nazirinin narahatlığı əbəs deyil. Hazırda İranla İsrail arasında birbaşa hərbi toqquşma fantastika kimi görünsə də “Hizbullah”ın yəhudi dövləti ilə yeni müharibəyə girməsi tamamilə mümkündür.

Üstəlik bu yaxınlarda “Hizbullah” və İsrail bir-birlərinə zərbələr endiriblər. İsrail aviasiyası yanvarın 18-də Qolan təpələrinə zərbə endirərək İranın İnqilab Keşikçiləri Korpusunun generalı Məhəmməd Əliulla Daudi və altı “Hizbullah” yaraqlısını öldürüb.

Buna cavab olaraq yanvarın 28-də “Hizbullah” İsrail patruluna hücum edib, iki əsgər öldürülüb, 7-si yaralanıb. İsrail ordusunun cavab zərbəsi isə BMT sülhməramlı qüvvələrinin əsgərinin həlak olmasına səbəb olub.

Lakin analitiklərin qənaətinə görə, hazırda Yaxın Şərqdə vəziyyətin olduqca qarışıq olması, İŞİD kimi qəddar terror təşkilatının şiələrin müqəddəs məkanlarını ələ keçirib dağıtmağa can atması “Hizbullah”ı İsraillə yeni irimiqyaslı müharibəyə birinci başlayan tərəf olmaqdan çəkindirir.

Eyni zamanda İsrail “Hizbullah”la müharibəni birinci başlamaqda maraqlı deyil, çünki bu təşkilatla müharibədə birmənalı hərbi qələbə əldə etməyə arxayın deyil.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İri topdan satıcılar dövlətə meydan oxuyur

Next Post

Sumqayıt cəlladı Qriqoryanın yeri müəyyən edilib

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

Sumqayıt cəlladı Qriqoryanın yeri müəyyən edilib

""Hamımız erməniyik" gurultusu qoparanlar hansı deşikdədirlər?"

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.