Avropa Komissiyasının sözçüsü Ana Pisonero bildirib ki, Avropa İttifaqı 2024-cü ilin dekabr ayının sonuna qədər Ukraynaya əlavə 1,5 milyard avro köçürəcək. Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
O, Brüsseldə keçirdiyi brifinqdə deyib: “Aİ ilin sonuna qədər Ukraynaya builki 18 milyard avroluq makro-maliyyə yardımı proqramı çərçivəsində yekun ödəniş kimi 1,5 milyard avro köçürmək niyyətindədir”.
Rəsmi vurğulayıb ki, Aİ ölkələri də ilin sonuna kimi Kiyevə 50 milyard avro məbləğində yeni makromaliyyə yardımı proqramı üzrə razılığa gələcəklər.
Havar Şəfiyeva






