Tofiq Bəhramov adına Respublika stadionunda bədbəxt hadisə baş verib.
Elchi.az Pressing.az-a istinadən xəbər verir ki, hadisə uçan dam örtüyünün bərpası zamanı baş verib.
Bu gün səhər saatlarında işini yerinə yetirmək üçün dama çıxan fəhlə ehtiyatsızlıqdan yıxılıb. Hündür məsafədən beton və oturacaqlara çırpılan şəxsin vəziyyəti ağırdır. O, dərhal xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, stadionda sektorlardan birinin tavanı qoparaq içəri düşüb.
Xatırldaq ki, dekabrın 14-də stadionda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “Qarabağ”-“Hakken” görüşü keçiriləcək.
Oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.






