“Ənsar Allah” yarımhərbi qruplaşmasından olan yəmənli husilər Norveçin Strinda tankerinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hərəkatın sözçüsü Yəhya Saria bildirib ki, gəmi İsrailə neft göndərməklə yola düşür.
Ənsar Allah yaraqlı qruplaşması dekabrın 3-də Qəzza zolağında atəşkəsin başa çatması fonunda İsrailə hücumlarını bərpa edib.
Qeyd olunur ki, Birləşmiş Ştatlar müttəfiqləri ilə gəmiləri qorumaq üçün dəniz işçi qrupu yaratmaq üçün danışıqlara başlayıb.
Bundan əvvəl Ənsar Allah Qırmızı dənizdəki Bab əl-Məndeb boğazında ticarət gəmisinə hücum etmək üçün pilotsuz təyyarələrdən istifadə edib. Husilər Britaniya bayrağı altında üzən və britaniyalı vətəndaşların da olduğu gəmiyə hücum ediblər.
Havar Şəfiyeva






