ABŞ prezidenti Co Bayden yəhudilərin Hanukka bayramı münasibətilə etdiyi müraciətdə özünün sionist mənsubiyyətindən danışıb. Elchi.az xəbər verir ki, Video Ağ Evin “YouTube” kanalında yayımlanıb.
Müraciət zamanı Bayden xatırladıb ki, 35 il əvvəl sionizmi dəstəklədiyini etiraf etdiyi üçün cənublu respublikaçılar tərəfindən tənqid edilib. O, antisemitizmlə, o cümlədən ABŞ daxilində mübarizənin vacibliyini vurğulayıb.
“Sionist olmaq üçün yəhudi olmaq lazım deyil, mən də sionistəm” – deyə prezident özündən sitat gətirib.
Havar Şəfiyeva






