Norveç hökuməti Ukrayna Silahlı Qüvvələri üçün sursat və raket istehsalına böyük məbləğdə vəsait ayıracaq. Elchi.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski ilə Norveçin baş naziri Yonas Qahr Storun görüşündən sonra hökumət aparatının rəsmi saytında məlumat verilib.
Norveçin döyüş sursatı və raket istehsalı gücünü bir milyard Norveç kronu artıracağı bildirilir. “Biz Ukrayna ilə ölkənin ən çox ehtiyacı olan şeylərlə bağlı sıx dialoq aparırıq və müttəfiqlərimizlə birlikdə lazımi yardımı göstərmək üçün əlimizdən gələni edəcəyik”, – deyə Stere bildirib.
Havar Şəfiyeva






