Hizbullah Livanın cənubundakı İsrail hərbi məntəqəsinə hücum etdiyini açıqlayıb.
Hizbullah məsələ ilə bağlı yazılı açıqlama verib.
Elchi.az xəbər verir ki, açıqlamada, “Şumira qəsəbəsində İsrail əsgərlərinin toplaşdığı bir nöqtəyə müvafiq silahlarla hücum təşkil edildiyi” bildirilib.
Digər tərəfdən, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail artilleriya birlikləri Livanın cənubundakı Alma əş-Şaab və Nakura qəsəbələri ilə Xiyam qəsəbəsi ətrafını hədəfə alıb.
Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında gedən qarşıdurmalarda 103 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.
Bundan əlavə, toqquşmalar nəticəsində Livanda 24, İsraildə isə 5 mülki vətəndaş həyatını itirib.
Şayəstə Hüseynova






