Rusiyanın ABŞ-dakı konsulluq idarəsi Vaşinqtonun tələbi ilə ştatın 40 faizinə qədər ixtisar ediləcək ki, bu da diplomatik korpusun fəaliyyətini, o cümlədən həmvətənlərin maraqlarının müdafiəsi və təmsil olunmasını çətinləşdirəcək. Elchi.az xəbər verir ki, bu barədə “TASS” səfirliyin konsulluq şöbəsinin rəhbəri Nadejda Şumovaya istinadən məlumat yayıb.
“2024-cü ildə ABŞ-da konsulluq işi üçün şərait daha da pisləşəcək. 10 gün ərzində konsulluq şöbəsi işçilərinin 40 faizini itirəcək. Bütün bunlar ona gətirib çıxaracaq ki, bizim üçün həm səyahət, həm də eyni zamanda əsas işçilərin olmadığı müddətdə konsulluq şöbəsinin tam işini təmin etmək getdikcə çətinləşəcək”, – diplomat qeyd edib.
Bundan əlavə, Şumova qeyd edib ki, Amerika tərəfinin hərəkətlərinə baxmayaraq, rus diplomatları konsulluq səfərləri praktikasını davam etdirəcəklər. Belə səfərlər həmvətənlərin problemlərinin həllinə yönəlib. Xüsusilə, son səfərlər Alyaska və Vaşinqton ştatlarına edilib.
Havar Şəfiyeva






