ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bölgədəki böhranı müzakirə etmək üçün Yaxın Şərqə səfəri zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə görüşüb. Elchi.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında dərc edilmiş bəyanatdan məlumat yayıb.
“Onlar bir sıra ikitərəfli və regional məsələləri, o cümlədən israillilər və fələstinlilər arasında davamlı sülh üçün şərait yaratmaq səylərini müzakirə ediblər”, – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, siyasətçilər Qəzza zolağında humanitar vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və anklava kritik yardım axınının artırılması üçün tədbirlər təklif ediblər. Təhlükəsizlik, ticarət, kosmik tədqiqatlar və qabaqcıl texnologiyalar sahələrində ikitərəfli əlaqələrin dərinləşdirilməsinə də diqqət yetirilib.
Havar Şəfiyeva






