"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Arif Hacılı Xocalı faciəsi ilə bağlı xalqa müraciət etdi

25 Fevral 2015 - 21:33
in XƏBƏR LENTİ

Arif Hacılı Xocalı faciəsi ilə bağlı xalqa müraciət etdi

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Müsavat Partiyasının başqanı Arif Hacılı Xocalı qətliamının 23 illiyi ilə bağlı Azərbaycan xalqına müraciət edib

 
Musavat.com-a daxil olan müraciətdə deyilir: 
“Hörmətli soydaşlarım!
23 il əvvəl erməni quldur dəstələri Rusiyanın 366-cı alayı ilə birlikdə Xankəndi yaxınlığında yerləşən, həmvətənlərimizin yaşadığı Xocalı qəsəbəsinə hücum edərək qanlı etnik təmizləmə əməliyyatı həyata keçirdilər. Silahsız, müdafiəsiz insanlar qətliama məruz qaldı. Azğın silahlı quldurlar qocalara, qadınlara, uşaqlara rəhm etmədilər. Əliyalın dinc əhaliyə qarşı bütün silahlardan istifadə etdilər. Xocalı qətliamında 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər qətlə yetirildi, 487 nəfər yaralandı, 1275 nəfərdən çox Xocalı sakini əsir alındı, 150 nəfər itkin düşdü. Dövlətin və əhalinin yüz milyonlarla manatlıq əmlakına ziyan vuruldu. Xocalı soyqırımı ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklərdən biridir.
Ötən əsrdə də xalqımıza qarşı Bakı şəhərində, ayrı-ayrı bölgələrdə – Qarabağda, Şirvanda, Qubada, Naxçıvanda, Cənub bölgəsində, Zəngəzur mahalında və Güney Azərbaycanında ardıcıl olaraq çoxsaylı belə qətliamlar törədilmişdi. 1918-ci ilin mart ayının 31-də Bakı Sovetinin, rus ordusunun və erməni daşnaklarının birgə qoşunları təkcə Bakı şəhərində 10 min həmvətənlimizi qətlə yetirmışdi. Bu gün dünya Xocalı qətliamı haqqında həqiqətlərdən xəbərdar olsa da, faciə haqqında həmin vaxt da, sonrakı illərdə də dünyanın bir çox nüfuzlu mətbuat orqanlarında dəfələrlə geniş məqalələr yazılsa da, məlumatlar yayılsa da, hələ də onun adekvat qiyməti verilməyib. Ona görə də biz susmamalı, Xocalı həqiqətlərini təkcə ildönümlərində yox, hər zaman beynəlxalq ictimai fikrin diqqətində saxlamalıyıq. Xocalı soyqırımının bütün dünyada tanınmasına, qətliamı planlaşdıran və törədən cinayətkarların cəzalandırılmasına, faciədən zərər çəkmiş insanlara kompensasiyaların ödənilməsinə, ümumiyyətlə, Qarabağ münaqişəsinin həm tarixi həqiqət, həm də beynəlxalq hüquq normaları baxımından ədalətli həllinə nail olmaq bizim xalqımız və vətənimiz qarşısındakı müqəddəs borcumuzdur. Hər bir siyasi partiya, ictimai təşkilat, hər bir vətəndaş bunun üçün əlindən gələni etməlidir. Amma bu ilk növbədə Azərbaycan hökumətinin borcudur. Təəssüf ki, 23 ilə yaxındır ki, hakimiyyətdə olan Əliyevlər rejimi bu problemlərin həlli istiqamətində heç bir real iş görmür və ya görə bilmir. Odur ki, hər keçən il bizi bu problemlərin həllinə nəinki yaxınlaşdırmır, əksinə daha da uzaqlaşdırır.
Hörmətli soydaşlarım! 
Qarabağ problemi bu hakimiyyətin əlində, sadəcə, manupulyasiya predmetinə çevrilib. Ölkənin problemlərini həll etmək iqtidarında olmayan İlham Əliyev özünün xalqa zidd siyasətinə, demokratiyanı, insan hüqüqlarını tapdalamaq, söz, mətbuat azadlığını boğmaq, avtoritar və səriştəsiz idarəçiliyinə bəraət qazandırmaq üçün bundan bəhanə kimi istifadə edir. Amma nədənsə bu münaqişə gündən-günə çiçəklənən korrupsiyaya, talançılq və soyğunçuluq siyasətinə mane olmur. Bu gün artıq ölkəni analoqu olmayan korrupsiya, yalan və saxtakarlıq məmləkətinə çevirənlər onun heç bir problemini həll etməyəcəklər. Hər bir Azərbaycan vətəndaşı ölkənin bu ağır günündə öz məsuliyyətini başa düşməli, Azərbaycanın dəyişməsi, yenilənməsi, azad, demokratik bir məmləkətə çevrilməsi üçün mübarizə aparmalıdır. Yalnız xalqın iradəsi ilə yaranan hakimiyyət, vətəndaşların öz öhdəsinə düşən vəzifələrini yerinə yetirdiyi cəmiyyət Qarabağ probleminin həllinə, işğal altında olan ərazilərimizin geri qaytarılmasına, xocalıların və bütün haqqı tapdalanmış soydaşlarımızın hüquqlarını bərpa etmək qüdrətinə malik ola bilər.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putinə yeni zərbə hazırlığı

Next Post

Baş Prokurorluq Mərkəzi Bankın tələblərini pozanların həbsinə başladı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Baş Prokurorluq Mərkəzi Bankın tələblərini pozanların həbsinə başladı

Putin müxalifəti Piterə qovdu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.