Qəzzadakı əməliyyatlarla bağlı ABŞ və İsrail arasında mübahisə gündəmdə qalarkən, Təl-Əvivə səfər edən ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan Qəzzada növbəti mərhələnin HƏMAS rəhbərliyini hədəf alacağını və kəşfiyyat yönümlü əməliyyatlara çevriləcəyini bildirib.
Elchi.az xəbər verir ki, Sullivan səfəri çərçivəsində getdiyi İsrailin paytaxtı Təl-Əvivdə açıqlamalar verib.
Çıxışına ABŞ-ın İsrailin tərəfində olduğunu vurğulayaraq başlayan Sallivan, ABŞ prezidenti Co Baydenin açıqlamalarına toxunaraq, “İsrailin HƏMAS-a qarşı özünü müdafiə etmək hüququ var”. “Mən bu gün prezident Baydenin adından HƏMAS-a qarşı mübarizədə İsraili dəstəkləmək öhdəliyimizi vurğulamaq üçün buradayam”, – deyib.
Nuranə Məmmədova






