Əli Kərimlinin müavini olmuş Razi Nurullayevin istefa verməsi və onun partiya sədri Əli Kərimli ilə bağlı veridiyi şok
acılamalar qarşılıqlı ittihamlarla davam etməkdədir. Razı Nurullayevin bu cür acıqlamalarına münasibət bildirən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Razi Nurullayevə cavab verməklə yanaşı digər şəxsləri- Azər Həsrəti, Niyaməddin Orduxanlını, Rauf Arifoğlunu, Aynur Camalqızını, Taleh Şahsuvarlını və digərlərini ittiham edib. Fuad Qəhrəmanlının bu ittihamına cavab verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı mətbuata bildirib ki, bununla bağlı facebook.com sosial şəbəkəsində status da yazmışam və bir daha təkrar edirəm: ” Vaxt gələcək Əli Kərimliyə ən sərt sillə vuran Fuad Qəhrəmanlı olacaq. Fuad Qəhrəmanlı Əli Kərimlinin yanında çox qalmayacaq və o da istefa verəcək. O da Əli Kərimlinin əsl simasından danışacaq. Neçə ki, bu gün Razi bəy və digərləri danışır. Fuad Qəhrəmanlı özü də yaxşı bilir ki, Əli Kərimli yeganə şəxsdir ki, onunla uzun yol getmək mümkün olmur və o hər kəsə xəyanət etməyi bacarır. Əli Kərimli kimlərə xəyanət etməyib ki?! Əbülfəz Elçibəy başda olmaqla, tələbə yoldaşlarına, dost dediyi şəxslərə, onun ailəsini və özünü qoruyan insanlara və bu siyahını uzatmaq da olar. Əli Kərimlini indiki hakmiyyət də məhz xəyanət etdiyinə görə uzaqlaşdırıb. Əli Kərimli bolşevikdir. Kim onunla deyilsə, düşməndir. Bu adam üçün heç bir mənəvi tellər qalmayıb. Sözün həqiqi mənasında Əli Kərimli iliyinə qədər siyasiləşmiş adamdır. Ona yaxşılıq ət edən adamı, bir saat ərzində düşmən edir. Baxın, Razi bəyin acıqlamalarına. Neçə ola bilər ki, ondan imtina edən hər kəs – müavinləri olmuş Asəf Quluyev, Razi Nurullayev və müşavirləri Şakir Abbasov, Zərifə Məhədinova, Rəsul Mirhəşimli eyni ittihamları səsləndirir?
Fuad Qəhrəmanlı Aynur Camlaqını da ittiham edib. Başa düşə bilmirəm əgər Aynur xanımın fəaliyyəti sizi qane etmirsə, necə ola bilər ki, Fuad Qəhrəmanlının həyat yoldaşı Aynur xanımın rəhbərlik etdiyi mediya qurumunda çalışır? Bunu neçə başa düşək?
Əli Kərimlinin müşaviri olmuş Zərifə xanım deyir ki, Əli Kərimli onu porno kasetlə şantaj edir. İndi bunun günahı bizdədir? Bu anormallıqdır ki, Əli Kərimlinin özü müavinlərinə, müşavirlərinə qarşı tutduğu mövqeyə görə, kimisə ittiham edəsən….
Sonda bir məqama da toxumaq istəyirəm. Artıq Razı bəyin özü də acıqlamasında bildirib ki, facebook.com sosial şəbəkəsinə saxta profilləri gətirən və idarə edən şəxs Əli Kərimlidir. Öz ətrafında olan 5-10 nəfərin hər birinə 100-200 saxta profilləri acdırıb insanları təhqir edirlər. Bu göstərişi də verən Əli Kərimlidir. Kişi kimi acıq mübarizədən qacanlar bilməlidir ki, həmin ptofillərlə yazdığınız təhqirlərlə siz hansı tərbiyənin sahibi olduğunuzu göstərirsiniz. Neçə deyərlər, küçə adamları küçə müxalifəti olduqlarını nümayiş etdirirlər. “
Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...



