"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İqtisadi, siyasi və əxlaqi sistemləri dəyişin

26 Fevral 2015 - 01:40
in KÖŞƏ YAZILARI

İlqar Hüseynliilqar_huseynli66

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Süni qiymət artımı”, “spekuliyasiya”, “möhtəkirlər” kimi ifadələr sovet dövrünə aid və köhnəlmiş ifadələrdir. Bu fikirləri indiki duruma aid edənlər hələ də təfəkkürcə dəyişməyən insanlardır. Ümumiyyətlə bazar iqtisadi sistemlər və qanunlar üzərindən tənzimlənir. Burda infilyasiya,devalvasiya və.s. kimi faktorlar önəm kəsb edir.
Devalvasiya-pul vahidinin qızıl məzmununun rəsmi azalması, yaxud milli valyutanın qızıla, gümüşə, xarici valyutaya görə məzənnəsinin aşağı düşməsi deməkdir. Müasir şəraitdə termin stabil valyutalara nisbətən enən milli valyutada işlənilir.
İnflyasiya dedikdə əmtəə və xidmətlərin qiymətlərinin ümumi artımı formasında təzahür olunan tələb və təklifin tarazlığının pozulması başa düşülür. Lakin bu o demək deyildir ki, inflyasiya dövründə bütün qiymətlər artır. Bəzi əmtəələrin qiymətləri arta, digər əmtəələrin qiymətləri isə sabit qala bilər, bəzi əmtəələrin qiymətləri surətlə, digər əmtəələrin qiymətləri isə xeyli ləng arta bilər.
Qiymətlərin artım sürətindən asılı olaraq inflyasiyanın üç növü var:
1.Mülayim (sürünən) inflyasiya
2.Sürətli (dördnala çapan) inflyasiya
3.İfrat (hiper) inflyasiya.
İl ərzində qiymətlər 10% dən 200%-ə qədər artarsa ölkədə sürətli inflyasiya yaranacaqdır. Belə infilyasiya iqtisadiyyatda ciddi gərginlik yaradır. Ən azından ölkənin maliyyə kredit sahəsinə ciddi təsir göstərir. Ölkəyə investisiya qoyuluşu azalır. Sürətli inflyasiyada kağız pul qiymətdən düşür, istehlak şeylərinin xidmətlərin dəyəri əhalinin pul gəlirlərini qabaqlayır
Məhz hal hazırda ölkəmizdə baş verən hadisə məhz sürətli infilyasiyadır və fəsadlarsız ötüşməmək ehtimalı böyükdür. Məhz bazar bu faktorların təsinrindən asılı olduğu üçün qiymətlərin qalxması sahibkarların da müflüs olmamasını zəruri edən addımdır. Yəni sahibkar buna getmək zorundadır. İqtisadi İnkişaf Nazirliyi və ya digər dövlət qurumları tərəfindən aparılacaq hər hansı antiinhisar tədbirlərinin heç bir iqtisadi və hüquqi əsası yoxdur və hesab edirəm ki buna hər hansi sərf ediləcək əmək mənasız olacaq.
Amma vəziyyətdən çixiş yolu da tükənmiş deyil. Nədir çıxış yolu?
Bazara daha da dəhşətli dərəcədə təsir göstərən,bahaçılığı əbədi stimullaşdıran faktor-Monopoliya və azad bazar rəqabətinin olmaması, korrupsiya,qeyri şəffaf və qeyri liberal Gömrük sistemi.

Sadaladığım faktorlar əsas amillərdən hesab olunur və burada siyasi sistemlər, demokratiya və insan haqları konteksləri də əhəmiyyətli rol oynayır.
Əgər Azərbaycan hakimiyyəti və müvafiq dövlət qurumları özündə güc tapıb əsas məhsulların İdxaldan asılı vəziyyətdə olduğunu dərk edərək yuxarıda sadaladığım problemləri aradan qaldırmış olarsa, inanın ki, idxal olunan məhsulların qiymətini əvvəlki qiymətlərdən də azı 2 dəfə ucuzlaşdırmaq mümkün ola bilər.Yəni sadə bir misalla fikirlərimi bitirmək istəyirəm. Azərbaycanın Qusar rayonunda manatın qiyməti düşməzdən əvvəl 1 kq banan 2 m 30 qəpiyə olduğu halda, ondan 10 km məsafədə Dağıstanın Məhərrəmkənd kəndində 60 qəpiyədir. Əgər biz Qusarda bananı 80 qəpiklə ala bilsəydik və onun üzərinə bu günkü 32% artımı əlavə etsək bu halda belə qiymət 1m 05-1m.10 qəpik arasında ola bilərdi. Amma monopoliya və idxala təsir göstərər qanunsuz faktorlar bizə indiki halda bananı 3 manatdan yxarı almaq məburiyyətində qoyacaq.
Ona görə də hörmətli MM deputatları,hörmətli Xalqım,yaddan cıxarın “Süni qiymət artımı”,”spekuliyasiya”,”möhtəkirlər” kimi ifadələri.İqtisadi,Siyasi və əxlaqi sistemləri dəyişin, ölkəyə real demokratiya və real idarəetmə ənənələrini idxal edin. O zaman bundan hər bir Azərbaycanlı qazana biləcək!

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Fuad Qəhrəmanlı da istefa verəcək”

Next Post

“Improtex Motors” oğurluq avtomobillərin satışı ilə məşğul olur?-FOTOFAKT

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

“Improtex Motors” oğurluq avtomobillərin satışı ilə məşğul olur?-FOTOFAKT

Elman Rüstəmovun qızı dünya məşhurları ilə xeyriyyə yarmarkasında - (Fotolar)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.