İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif şəhərlərində biri uşaq olmaqla 5 fələstinlini yaraladığı bildirilib.
Elchi.az xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada Beytlehem, Hebron və Nablus şəhərlərində İsrail qüvvələrinin yaraladığı 5 fələstinliyə Qızıl Aypara qruplarının müdaxilə etdiyi bildirilib.
Açıqlamada İsrail qüvvələrinin 3 fələstinlini real güllələrlə vurduğu, zərbə nəticəsində 2 fələstinlinin yaralandığı bildirilib.
İsrail qüvvələrinin yaraladığı və omba nahiyəsindən güllə yarası alan fələstinlilər arasında 14 yaşlı uşağın olduğu bildirilərkən, yaralıların vəziyyəti ilə bağlı məlumat verilməyib.
Oktyabrın 7-də İsrail qüvvələri Qəzzaya hücuma başladığından bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər və evlərə basqınlar artıb.
Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələri və qeyri-qanuni yəhudi məskunlaşanların hücumları nəticəsində 287 fələstinli həyatını itirib.
Şayəstə Hüseynova






