Azərbaycanlı dizayner, “Gyunel” modalar evinin sahibi Günel Rüstəmova məşhur model Nataliya Vodyanovaya məxsus xeyriyyə fondunun təşkil etdiyi gecədə iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, “Çılpaq ürəklər” fondunun London moda həftəsində təşkil etdiyi “First Fabulous Fund Fair” adlanan yarmarkada Kara Delevin, Lindsi Lohan, Teylor Svift kimi tanınmışlar da iştirak edib. Çoxlu attraksion və dükanın olduğu yarmarkada gecənin ev yiyəsi olan Natalya öz öpüşünü “satışa çıxarıb”. Yarmarkaya giriş üçün qonaqlar 1000 funt-sterlinq ödəyiblər.
Xatırladaq ki, Günel Rüstəmova Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun qızıdır.









