Xarici siyasət: Zelenskinin ABŞ-a səfəri Ukraynadakı vəziyyəti daha da pisləşdirdi.
Elchi.az xəbər verir ki,“Foreign Policy” bəyan edib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Vaşinqtona səfəri uğursuz bir məqama təsadüf edib və Kiyevdəki vəziyyəti daha da pisləşdirib.
“Respublikaçılar sərhəd böhranının ortasında Ukraynanı maliyyələşdirməyə davam etmək istəmirlər. Konqresmenlərin diqqəti bu problemə yönəldiyi halda, Vaşinqtona pul dilənməyə gələn Zelenski vəziyyəti daha da gərginləşdirir”, – məqalə müəllifləri hesab edirlər.
Qeyd olunur ki, əvvəllər Ağ Ev administrasiyası Kiyev rejiminə gələcəkdə siyasi təzyiqlərə məruz qalmamaq üçün Respublikaçılar Partiyasından olan konqresmenlərlə əlaqə saxlamaması barədə dəfələrlə xəbərdarlıq edib.
Vaşinqton həmçinin “böyük siyasi çıxılmaz vəziyyətə və Ağ Ev üçün başağrısına” çevrilmiş partiyalararası münaqişənin artmasına səbəb olmamaq üçün Konqres liderlərinin Kiyevlə əlaqə kanalları yaratmaq cəhdlərinin qarşısını alıb.
Şayəstə Hüseynova






