"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Məzahir Pənahov ATƏT/DTİHB-nin nümayəndələri ilə görüşüb

19 Dekabr 2023 - 14:57
in SİYASƏT

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri ilə görüşüb.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən Elchi.az-a verilən xəbərə görə, MSK sədri missiya nümayəndələri Martina Barker-Çiqanikova və Qoran Petrovu salamlayaraq, görüşdən məmnunluğunu bildirib.
Məzahir Pənahov MSK-nın nüfuzlu beynəlxalq təşkilatlar və onların müxtəlif qurumları ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyini, əməkdaşlığa daim açıq olduğunu vurğulayıb və qeyd edib ki, beynəlxalq təcrübənin öyrənilməsi Azərbaycanda seçki praktikasının daha da təkmilləşdirilərək hazırkı səviyyəyə yüksəlməsinə mühüm töhfələr verib.

Səmimi qəbula görə minnətdarlıqlarını ifadə edən ATƏT/DTİHB-nin Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri ölkəmizin seçki sistemi və seçki komissiyalarının fəaliyyət prinsipləri, seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı görülən işlər, habelə 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıqların gedişi ilə maraqlanıblar.

Qonaqların suallarını cavablandıran sədr M.Pənahov qarşıdan gələn seçkilərin yüksək səviyyədə hazırlanıb azad, ədalətli və şəffaf keçirilməsi üçün ardıcıl, sistemli və intensiv şəkildə atılan addımlardan danışıb, nəzərdə tutulan genişmiqyaslı layihələri nümayəndə heyətinin diqqətinə çatdırıb, eləcə də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində seçki məntələrinin yaradılması və səsvermənin təşkili barədə onları məlumatlandırıb.
Görüşdə çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Hərbi texnika ilə bağlı bunu yayanların diqqətinə: Həbs…

Next Post

Milli Məclisin növbəti plenar iclasının vaxtı AÇIQLANIB

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Milli Məclisin növbəti plenar iclasının vaxtı AÇIQLANIB

Milli Məclisin növbəti plenar iclasının vaxtı AÇIQLANIB

Azərbaycanın daşınmaz tarixi–mədəni irsinin tədqiqi və mühafizəsi məsələləri müzakirə olunub

Azərbaycanın daşınmaz tarixi–mədəni irsinin tədqiqi və mühafizəsi məsələləri müzakirə olunub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.