"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İstanbulda Xocalı tədbirinə mane oldular

26 Fevral 2015 - 20:02
in GÜNDƏM

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Türkiyədə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirilməsi planlaşdırılan kitab və film təqdimatı sonradan ləğv edilib.

İstanbulda Xocalı tədbirinə mane oldularVirtualaz.org saytının Türkiyədəki mənbələrdən əldə etdiyi xəbərə görə, Avropa Azərbaycan Cəmiyyətinin Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə planlaşdırdığı “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filminin nümayişi və “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” (“Khojaly Witness of a War Crime. Armenia in the Dock”) kitabının təqdimat mərasiminin keçiriləcəyi məkan – İstanbul Modern İncəsənət Muzeyi tədbirin orada təşkil edilməsindən son anda imtina edib.

Əldə etdiyimiz məlumata görə, buna əsas kimi filmin və kitabın antierməni mahiyyəti daşıması göstərilib.

Qeyd edək ki, filmin premyerası ötən il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. Filmin bu il “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə nümayişi keçirilib. Sözügedən şəhərlərdə filmin nümayişi ilə əlaqədar heç bir problem yaradılmayıb. Həmin tədbirlər yüksək səviyyədə və uğurla keçirilib. Amma Türkiyədə belə bir problemin ortaya çıxması başadüşülən deyil.

Virtualaz.org saytı bu məsələyə aydınlıq gətirmək üçün İstanbul Modern İncəsənət Muzeyinə müraciət edib.

Muzeyin mətbuatla əlaqələr şöbəsinin rəhbəri Handan Şenköken virtualaz.org saytına açıqlamasında bildirdi ki, tədbirin baş tutmamasına səbəb “təşkilatçıların bəzi müqavilə şərtlərinə əməl etməməsi” olub.

Handan Şenkökenin sözlərinə görə, təşkilatçılar tədbirin konkret hansı saatda keçirilməsi haqda məlumatı vaxtında vermədiyi və həmin saatda muzeydə digər tədbirlər olduğu üçün filmin nümayişinin keçirilməsindən imtina olunub.

Onun sözlərindən belə çıxıb ki, təşkilatçılar vaxtı saat baxımından düzgün əyarlamayıblar.

Lakin əldə etdiyimiz digər məlumat muzeyin arqumentlərinin heç də ciddi olmadığını, daha dəqiq desək, sadəcə bəhanə olduğunu göstərir. Halbuki tədbirin təşkilatçıları İstanbul Modern İncəsənət Muzeyi ilə tədbirin keçirilməsi ilə bağlı günü və saatı (23 fevral, saat 18:30) dəqiq göstərilməklə rəsmi razılıq əldə etmişdilər. Bununla belə, muzeydən təşkilatçılara tədbirdən hələ 4 gün qabaq zəng vuraraq bu tədbirin keçirilməsinin qeyri-mümkün olduğu bildirilib. Yəni burada söhbət saatlardan yox, günlərdən gedir…

Onu da qeyd edək ki, İstanbul Modern İncəsənət Muzeyində keçirilməsi nəzərdə tutulan tədbir sonradan başqa məkanda İstanbul “Zorlu” Mərkəzində uğurla keçirilib.

Virtualaz.org

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Hətta erməni idmançıların da xərcini Azərbaycan ödəyəcək – (Yenilənib)

Next Post

Məmur oğluna 100 minlik avtomobil aldı – Azərbaycanda

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Məmur oğluna 100 minlik avtomobil aldı - Azərbaycanda

İcra başçısının "rüşvət dəftəri" ələ keçdi - ŞOK SİYAHI

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.