Rusiyada məhkəmə Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı yalan məlumatların olduğu deyilən şəkilləri silmədiyinə görə Google-u 4 milyard 611 milyon rubl (təxminən 51 milyon dollar) cərimələyib.
Elchi.az xəbər verir ki, Rusiyada Google-a qarşı açılan işə paytaxt Moskvanın Taqanski Rayon Məhkəməsində baxılıb.
Məhkəmə, Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı yanlış məlumatların yer aldığı şəkilləri silmədiyi səbəbiylə qanuna əməl edilmədiyinə qərar verib və Google-a 4 milyard 611 milyon rubl (təxminən 51 milyon dollar) cərimə kəsib. 4 milyard 611 milyon rubl olduğunu söyləyib.
Google əvvəllər də oxşar səbəblərə görə cərimələnmişdi.
Şirkətin Rusiyadakı törəmə şirkəti də maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün ötən il iflas proseduruna başlayıb.
Şayəstə Hüseynova





