Qəzza zolağı sakinlərinin yarısı şiddətli aclıqdan əziyyət çəkir. Elchi.az TASS-a istinadən xəbər verir ki, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi Ümumdünya Ərzaq Proqramına istinadən regionda böyük fəlakət barədə məlumat yayıb.
“WFP”- nin Yaxın Şərq və Şimali Afrika üzrə regional direktoru Korin Fleyşerin sözlərinə görə, Qəzza əhalisinin 50 faizi həddindən artıq və ya şiddətli aclıq içindədir, əksəriyyəti isə kifayət qədər qidalanmır. Fleischer əlavə etdi ki, sakinlərin 90 faizi müntəzəm olaraq bütün günü yeməksiz keçir.
Qeyd olunur ki, son 70 gündə rayona zəruri ərzaq məhsullarının cəmi on faizi çatdırılıb. Ən fəlakətli vəziyyət isə Qəzzanın şimal hissəsində müşahidə olunur.
Havar Şəfiyeva






