ABŞ dövlət katibi Entoni Blinken Rusiya prezidenti Vladimir Putinlə razılaşıb ki, Vaşinqtonun Ukraynaya davamlı dəstəyi Kiyev üçün kritikdir.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Amerika diplomatı ilin sonunda keçirilən mətbuat konfransında deyib: “Mən Putinlə razıyam: Amerikanın davamlı dəstəyi Ukrayna əsgərləri və vətəndaşlarının döyüşməyə davam etməsini təmin etmək üçün vacibdir”.
Eyni zamanda Blinken əlavə edib ki, Birləşmiş Ştatlar Ukraynaya təkcə hərbi deyil, həm də iqtisadi və demokratik dəstəyini davam etdirəcək. Bundan əlavə, Blinken vurğulayıb ki, Kiyev üçün ayrılan dəstəyin 90%-i ABŞ-da xərclənib və Amerika bizneslərinə, işçilərinə və digər strukturlarına fayda verib.
Yeganə






