Ukraynanın müdafiə naziri Rustem Umerov xaricdəki ukraynalı kişilərin gələn il orduya çağırılacağını açıqlayıb.
Elchi.az xəbər verir ki, Alman Axel Springer qrupuna aid qəzetlərə verdiyi açıqlamada Umerov, Ukraynadan kənarda yaşayan 25-60 yaş arası ukraynalı kişilərə hərbi xidmət üçün çağırış göndəriləcəyini bildirib.
Hər kəsə qarşı ədalətli olmaq istədiklərini bildirən Umerov, “Dəvət göndərəcəyik. Onların da gəlib orduda xidmət etmək hüququ var” qiymətləndirməsini edib.
Rüstəm Umerov, silah çağırışına əməl etməyənlərin cəzalandırılacağını, lakin bunun necə ediləcəyi ilə bağlı araşdırmaların davam etdiyini vurğulayıb.
Umerov həmçinin qeyd edib ki, o, ABŞ-ın gələn il də Ukraynaya dəstəyini davam etdirəcəyinə nikbindir.
Hazırda Almaniyada hərbi xidmət üçün uyğun olan təxminən 190 min ukraynalı kişi yaşayır.
Şayəstə Hüseynova






