"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Xaricə getmək istəyənlərə şad xəbər: aviabiletlər ucuzlaşdı

27 Fevral 2015 - 11:00
in XƏBƏR LENTİ

Xaricə getmək istəyənlərə şad xəbər: aviabiletlər ucuzlaşdı

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“British Airways” aviaşirkəti Azərbaycandan olan turistlərə endirimli qiymətlərlə səyahət etməyə imkan verən yeni bahar kampaniyasına start verib.
Trend-in məlumatına görə, güzəştli aviabilet qiymətləri “Club World” və “World Traveller” sinifləri ilə səyahət edən sərnişinlərə şamil olunur. Kampaniya çərçivəsində Azərbaycandan olan turistlər 2015-ci ilin iyun ayının 30-dək səyahət edə biləcəklər. Azərbaycandan Böyük Britaniya və Avropaya olan aviabiletlərin qiyməti 484 avrodan, ABŞ və Kanadaya isə 674 avrodan başlayır.
Bundan başqa, yaz tətilini ailənizlə birlikdə zövqlü keçirməyiniz üçün “British Airways”ın mütəxəssisləri valideyn və uşaqlara ən uyğun olacaq istirahət məkanlarının siyahısını hazırlayıblar.
“British Airways”ın mütəxəssislərinin rəyinə əsasən, Los Anceles (Kaliforniya), Milan (İtaliya), Vaşinqton (ABŞ), Toronto (Kanada) və Cersi adası (Böyük Britaniya) 2015-ci ildə yaz tətilini keçirmək üçün ən yaxşı məkanlar sırasındadır.
Aktiv istirahət növləri, əfsanəvi Hollivud cazibəsi, mənzərəli çimərliklər və hər yaşa uyğun dünyaca məşhur əyləncələr – bütün bunları Los Ancelesdə tapa bilərsiniz. “Tanınmış Santa Monika bulvarında gəzişmədən, Vestvudda “Diddy Riese”də “Pier”ə baş çəkərək ən yaxşı dondurmanı dadmadan və ya dəbdəbəli çimərliklərdən birində dincəlmədən Los Ancelesə səyahəti bitmiş saymaq olmaz”, – deyə “British Airways”ın səyahətlər üzrə meneceri Aleks Perez bildirib.
Milan qonaqlarını çeşidlərin bolluğu ilə təəccübləndirir. Azərbaycandan gələn turistlər İtaliya tətillərini dəb, incəsənət və tarixdən zövq alaraq keçirə bilərlər. “British Airways”ın səyahətlər üzrə meneceri Syuzan Qellatley təklif edir: “Dizayner mağazaları, outlet mağazalarında alış-veriş həvəskarları və ya “bit bazarlarında” daş-qaş axtarışında olmağı sevən dəb biliciləri üçün Milan mükəmməl bir məkandır”. Milanda nahar etmək təkrarolunmaz bir həzdir – “Roqus-Rosticceria Di Qualita Del Sud”da pizza və ya “La Gelateria Della Musica”da italyan dondurması dadmaq özəl bir hissdir.
Vaşinqtona səyahət tarix və siyasətlə yanaşı aktiv gecə həyatı, dünyaca məşhur mətbəx nümunələri, gözəl park və bağları özündə birləşdirir. “Ağ ev və Pentaqon kimi məşhur tikililərdən başqa bu cəzbedici şəhərdə daha nələrin olduğunu kəşf edin. Penn Quarter küçəsindəki səs-küy, “Woodley” parkındakı sakitlik, 24 saat oyaq olan Adams Morqan rayonu və şəhərin digər hissələrində hər kəs özünə uyğun bir şey tapa bilər”, – Aleks Perez bildirir.
Kanadada əhalinin ən sıx məskunlaşdığı şəhər olan Toronto ağcaqayın siropu və xokkeyə görə məşhurdur. Aleks Perez Torontoda kaskad suların yaratdığı möhtəşəm pərdəni görmək üçün Niaqara şəlaləsinə getməyi və Kanadanın ən hündür tikilisi olan “CNN Tower”dən açılan füsunkar mənzərədən zövq almağı məsləhət görür.
Nəhayət, Böyük Britaniyaya səyahət etməyi planlaşdırarkən Cersi adasını nəzərdən qaçırmayın. ”Siz macəra və ya istirahət etmək üçün münasib bir yer axtarırsınızsa, Cersi adasına gəlməklə mütləq istəyinizə nail olacaqsınız. Cersi adasında sizin 27 füsunkar çimərlikdə, ailəvi istirahət üçün isə St. Brelade körfəzində dincəlmək, mənzərəli qolf meydançasında aktiv şəkildə istirahət və “Michelin” ulduzu ilə təltif olunmuş restoranlarda nahar etmək imkanınız var”, – deyə “British Airways”ın istiqamətlər üzrə meneceri Robin Anderson qeyd edib. Cersi adasına uçuşlar Londonun “Gatwick” hava limanından həyata keçirildiyindən Azərbaycandan olan turistlər adaya uçuşdan öncə Böyük Britaniyanın paytaxtına da səfər edə bilərlər.
“British Airways”ın London və digər şəhərlərə uçuş cədvəli ilə ba.com saytında tanış olmaq mümkündür. Burada sərnişinlər ən ucuz qiymətləri tapıb, eyni zamanda onlayn şəkildə aviareysi bron edib, biletin qiymətini ödəyib və reysə qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, “British Airways” 9-u İngiltərə, 84 Avropa və 86 dünyanın digər istiqamətlərinə olmaqla 179 istiqamətdə uçuşlar həyata keçirir. Aviaşirkət hər il dünyada təxminən 40 milyon sərnişin daşıyan dünyanın ən böyük beynəlxalq hava yolları şirkətlərindən biridir. Aviaşirkət uzun məsafəli uçuşların əksəriyyətində dörd kabin seçimi xidmətini təklif edir. Aviaşirkət yeni təyyarə, yeni kabin, yeni texnologiya və yeni marşrutlara investisiya yatırır. “British Airways” vətəni London “Heathrow”da Terminal 5-dən həyata keçirilən əksər uçuşları idarə edir. Bu terminal 50 futbol meydançası böyüklüyündədir və ildə 30 milyon müştəriyə xidmət etməyə qadirdir. “British Airways” hava və yerdə həyatı daha da rahat etmək üçün yeni təyyarə, asan kabin, zərif salonlarda təxminən 5 milyon funt sterlinq investisiya yatırır. “British Airways”in ev terminalı, 5-ci terminal üç il ardıcıl olaraq dünyanın ən yaxşı terminal kimi “Skytrax” mükafatına layiq görülüb.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ayaz Mütəllibov “Əl-Cəzirə” telekanalına müsahibə verib (VİDEO)

Next Post

Əli Nağıyev manatın ucuzlaşmasından danışdı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Əli Nağıyev manatın ucuzlaşmasından danışdı

Hollandiya "Bakı-2015"ə 100-dən çox idmançı ilə gəlir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.