Çinli yeniyetmələrə “asanlıqla asılılıq yaradan” oyunlar qadağan edilə bilər.
Elchi.az xəbər verir ki, Çin hakimiyyəti yetkinlik yaşına çatmayanlar üçün onlayn oyunlar sahəsində tənzimləməni növbəti dəfə sərtləşdirmək niyyətindədir.
Yeniyetmələrə “yüksək asılılıq yaradan” oyunlar üçün qeydiyyatdan keçmək qadağan edilə bilər. Bu, Çin Xalq Respublikasının Mətbuat və Mətbuatla Əlaqələr üzrə Dövlət Administrasiyasının dərc etdiyi onlayn oyunlara nəzarət qaydalarının layihəsindən məlum olub.
Sənəddə deyilir: “Kompüter oyunlarının nəşriyyatları yetkinlik yaşına çatmayanların nə vaxt və nə qədər onlayn oyunlar oynamasına ciddi nəzarət etməlidirlər və yetkinlik yaşına çatmayanlara asanlıqla asılılıq yaradan və azyaşlılar üçün uyğun olmayan məzmunu ehtiva edən oyunlar oynamaq qadağan edilməlidir”.
Departament onlayn oyunlarda istifadəçilərin xərcləmə limitinə nəzarət etməyi və oyuna gündəlik daxil olmaq üçün mükafatlara qadağa tətbiq etməyi təklif edib. Bundan əlavə, oyunçu streymerləri üçün böyük ianələrin qadağan edilməsi ehtimalı nəzərdən keçirilir.
Şayəstə Hüseynova






