Bakıda evlərin birindən silah-sursat aşkarlanıb.
Əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilib.
Əməliyyat nəticəsində Göygöl rayon sakini Qara Əliyevin yaşadığı Xocəsən qəsəbəsindəki evindən nömrəsi silinmiş “Marqolin” markalı tapança, 3 ədəd patron, 1 ədəd patron sandığı və 1 ədəd qumbara aşkar edilərək götürülüb.
Hazırda həmin silahların hansı yolla əldə olunduğu və nə məqsədlə saxlanıldığı araşdırılır.
Faktla bağlı araşdırma aparılır.



