Dünən İstanbulda keçirilən “Beşiktaş”-“Liverpul” matçı Türkiyə Böyük Millət Məclisi (TBMM) deputatlarının da böyük coşqusuna səbəb olub.
Türkiyə klubunun Avroliqanın 1/8 finalına çıxması ilə yekunlaşan bu oyunu bəzi deputatlar planşet və noutbuklardan canlı izləyiblər.
Virtualaz.org saytı xəbər verir ki, “Beşiktaş”ın qələbəsindən sonra deputatlar klubu təbrik edib. Hətta bunun üçün deputatlara çıxış etmək imkanı da verilib.
TBMM-də gərgin müzakirlələrin getdiyi bir vaxtda “Beşiktaş”ın oyunu bu gərginliyi xeyli azaldıb. Bir neçə gündür yumruq davasına çıxan deputatlar bu dəfə bir-birlərini təbrik ediblər.
Xatırladaq ki, son bir neçə gündə TBMM-də aparılan müzakirələr sonra əlbəyaxa davalara çevrilirdi. Bu davalar zamanı bir neçə deputat xəstəxanaya da yerləşdirilmişdi. Ard-arda baş verən bu cür davalar ölkə gündəmini zəbt etdiyi kimi, dünya mətbuatında da müzakirə mövzusu olmuşdu.
Virtualaz.org







