Uzun illər idi imkansızlıqdan müalicə oluna bilməyənQarabağ əlili, 44 yaşlı Yuri Drobotov bir neçə saat əvvəl dünyasını dəyişib.
Bu məlumatı virtualaz.org saytına Qarabağ əlillərinin yaxınları verib. Onların sözlərinə görə, Yuri Drobotov Daxili İşlər Nazirliyinin hospitalında dünyasını dəyişib.
Qeyd edək ki, Yuri Drobotov bir həftə əvvəl ağır insult diaqnozu ilə hospitala yerləşdirilmişdi. O, Buzovnada Rasim İmanov küçəsindəki 36 saylı 5 mərtəbəli binanın sonuncu mərtəbəsində qoca anası ilə birgə yaşayırdı. İmkansızlıqdan müalicə ala bilməyən hər iki ayağını Qarabağ döyüşlərində itirmişdi.
Virtualaz.org və digər saytlarda Qarabağ əlilinin acınacaqlı yaşayışı haqda reportajlar yer alandan sonra yanvarın 6-da onu Əlillərin Bərpa Mərkəzinə yerləşdirmişdilər.
Yuri Drobotovun meyiti tibbi ekspertizadan sonra Buzovnadakı evinə aparılacaq.



