"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Hövsan camaatını ayağa qaldıran məktəb direktoru cəzalandırıldı

27 Fevral 2015 - 15:32
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Hövsan camaatını ayağa qaldıran məktəb direktoru cəzalandırıldıBakı şəhəri 118 nömrəli tam orta məktəbdə 19 yanvar 2015-ci il tarixində baş vermiş hadisə ilə bağlı Təhsil Nazirliyinin 21 yanvar 2015-ci il tarixli 37 nömrəli əmrinə əsasən, həmin təhsil müəssisəsinin fəaliyyətinin araşdırılması başa çatıb.

Virtualaz.org Bakı Şəhər üzrə Təhsil İdarəsinə istinadən bildirir ki, Təhsil Nazirliyi və Suraxanı Rayon İcra Hakimiyyəti nümayəndələrinin birgə apardığı araşdırma zamanı məktəbin fəaliyyətinin “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, mövcud normativ sənədlərin tələblərinə uyğunluğu, idarəetmənin təşkili, təlim-tərbiyə prosesinə nəzarət, fənlərin tədrisi və digər aidiyyəti məsələlərə aydınlıq gətirilib.

Araşdırma dövründə məktəbin direktoru Qardaşxan Səlimov Təhsil Nazirliyi tərəfindən vəzifəsinin icrasından kənarlaşdırılmış və təhsil müəssisəsinin idarə olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə edilmişdi.

Araşdırma nəticəsində məktəbdəki tədris prosesinin təşkilinin ümumən qənaətbəxş olduğu və şagirdlərin davamiyyətinin, müəllimlərin peşəkarlıq səviyyəsinin Bakı şəhəri üzrə orta göstəricilərə uyğunluğu məlum olub. Eyni zamanda, məktəb üzrə təhsilin keyfiyyət göstəricilərinin təhlili nəticəsində ildən-ilə təhsilalanların nailiyyətlərinin (məktəb buraxılış imtahanları və ali təhsil müəssisələrinə qəbul imtahanları üzrə) davamlı müsbət dinamikası müəyyənləşdirilib.

Hadisənin ilkin səbəbinin məktəbin tarix müəlliminin xəstəliyi ilə əlaqədar direktorun şifahi icazəsi əsasında dərsburaxma hallarına yol verilməsi və buraxılan dərslərin əvəz olunmaması göstərildiyindən araşdırma zamanı 2014/2015-ci tədris ilində müxtəlif səbəblərdən bütün dərsburaxma halları araşdırılıb. Buraxılan dərslərin əksər hissəsinin ixtisaslı müəllimlər tərəfindən, bir qisminin isə qeyri-ixtisaslı pedaqoji kadrlar tərəfindən əvəz edilməsi (məsələn, hadisəyə ilkin səbəb olan, tarix müəlliməsinin hamiləliyi ilə əlaqədar həqiqətən dərsləri buraxdığı və həmin dərslərin biologiya və riyaziyyat ixtisası olan pedaqoji kadrlar tərəfindən əvəz olunmuşdur) və ya boş keçməsi halları müəyyən edilib.

Komissiya tərəfindən araşdırılmış bütün məsələlərin nəticələri nəzərə alınaraq, məktəbin direktoru Qardaşxan Səlimovun intizam məsuliyyətinə cəlb olunaraq, iş yerinin dəyişdirilməsi haqqında qərar qəbul edilib.

Növbəti üç ay ərzində məktəbin idarə edilməsi Nizaməddin Ağcayevə həvalə olunub.

Digər məsələlərə hüquqi qiymət verilməsi məqsədilə toplanılmış materiallar aidiyyəti qurumlara göndərilib.

Qeyd edək ki, Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi sakinləri səhər saatlarında 118 saylı orta məktəbin qarşısında etiraz aksiyası keçirilib. Buna səbəb valideyn və şagirdlərin məktəb direktorunun fəaliyyətindən narazı olması olub. 118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə zamanı dünyasını dəyişən Elmar Əliyevin ölümünün səbəbi müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu təyinat Bərdədə etirazla qarşılandı – ÖZBAŞINALIQ

Next Post

Müsəlman biznesmen “Euronews”u alır

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Müsəlman biznesmen “Euronews”u alır

Cahidin əsl sənəti məlum oldu

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.