Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Liverpul təmsilçisi 62 illik Avropa təcrübəsində ilk dəfə penaltilər seriyasında məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
1892-ci ildə yaradılan və 1953-cü ildən bu yana avrokuboklarda rəsmi oyunlara çıxan “Liverpul” ilk dəfə penaltilər seriyasında rəqibinə uduzub.
1984-cü il Çempionlar Liqasının finalında “Roma”nı, 2005-ci ildə isə həlledici görüşdə “Milan”ı penaltilər seriyasına məğlub edən “mersisaydlılar” 2007-ci ildə “Çelsi”ni 11 metrlik zərbələrlə üstələmişdi.
Lakin 123 illik tarixi olan “Liverpul”un dünən İstanbulda “Beşiktaş”la oyunda bu uğurlu seriyası qırılıb. Penaltilər seriyasında rəqibinə 4:5 hesabı ilə uduzan “Liverpul” turnirlə vidalaşıb.




