Əlcəzairdən Parisə uçan təyyarənin şassəsində texniki yoxlama zamanı 20 yaşlı, ağır hipotermiya olan miqrant tapılıb. Elchi.az xəbər verir ki, bu barədə Fransanın “Le Matin” nəşri məlumat yayıb.
Qaçan şəxs yalnız təyyarə Paris-Orli hava limanına endikdən sonra ağır hipotermiya vəziyyətində aşkar edilib. Hadisə yerinə hava nəqliyyatı jandarma və fövqəladə hallar xidmətinin əməkdaşları cəlb olunub, daha sonra şəxs xəstəxanaya aparılıb. Vəziyyətə yaxın mənbə bildirib ki, o, sağ qalmağı bacarıb.
Havar Şəfiyeva






