Almaniya Müdafiə Nazirliyinin Ukrayna üzrə vəziyyət mərkəzinin rəhbəri, briqada generalı Kristian Freydinq bildirib ki, Qərb Rusiyanın hərbi-sənaye kompleksinin potensialını və tərəfdaşlarının ölkəni hər şeylə təmin etməyə hazır olmasını lazımınca qiymətləndirmir. Elchi.az xəbər verir ki, bu barədə o, Almaniyanın “Suddeutsche Zeitung” qəzetinə müsahibəsində danışıb.
Fredinq Rusiyadan gələn qeyri-adi təhlükədən danışıb və ölkənin hətta soyuducu işıqlandırmadan hərbi məqsədlər üçün istifadə edə biləcəyini vurğulayıb.
“İstər Şimali Koreya, istər Çin, həm də qlobal cənubdakı ölkələr. Bu dövlətlər yalnız soyuducular üçün işıqlandırma təmin etsələr belə, ondan hərbi məqsədlər üçün də istifadə oluna bilər”, – deyə hərbçi yekunlaşdırıb.
Havar Şəfiyeva






