İspaniyanın İberia aviaşirkətinin əməkdaşları Üç Kral Festivalı zamanı 4 günlük tətil etmək qərarına gəldikdən sonra 444 aviareys ləğv edilib.
Elchi.az bu barədə İspaniyanın yerli mətbuatına istinadən xəbər verir.
Ölkədə Üç Kral Günü qeyd etmələri ilə üst-üstə düşən tətil səbəbindən 444 aviareys təxirə salınıb.
Aviaşirkət qərardan təsirlənən müştərilərinə uçuş tarixlərini dəyişdirmək, yenidən bron etmək və ya pulun geri qaytarılmasını tələb etmək imkanı təklif edib.
Xristian inancına görə Hz. İsa Məsihin doğum günü hesab edilən dekabrın 25-də Avropa, Asiya və Afrikadan üç kralın hədiyyələr gətirməsi səbəbindən İspaniyada hər il yanvarın 6-da rəsmi dini bayram keçirilir.
Nuranə Məmmədova






