"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dilənçi körpənin əsl yalvarışı

27 Fevral 2015 - 19:26
in KÖŞƏ YAZILARI

Nübar Lətifli505494

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Baxıram, sadəcə baxıram. Bir balaca günahsız, masum üz. Qarşımda dayanıb əl açır. Bir mənə yox, metroda oturan hər kəsə. Bu övladı dünyaya gətirəni, ana- atanı düşünürəm.  Mən özümdə valideynəm.

Neçə günlərdir, hətta aylardır onları təsvir etmək, qələmə almaq istəyirəm.  Lakin insanın əsas xüsusiyyəti unutqanlıq məni rahat bir ortama gələn kimi bunları unutmağa məcbur edir. Bugün qərarım qətidir. Unutmağa imkan vermədən elə yerindəcə bunu qələmə alacam.

Belə ki, bu balaca qızı, eləcə də bütün yollara salınan körpələri yazmalıyam məncə. Bunun təsviri mənim üçün çox ağırdır. Ilk mənə təsir edən epizod və özümündə qeyri- ixtiyari cavabı  onları səthidə olsa araşdırmağımın başlanğıcı oldu. Mən yalnız oxumaqla araşdırmamı sürdürürəm.

Ilk yazmaq qərarımı qətiləşdirən epizodum isə qızımla gedərkən sinəsində qundaqlıq 5-6 aylıq,  bəlkə də heç o qədər də olmayan körpəni sıxan “ana” : – “ Ay, bacı o gözəl balana Allah sağlamlıq versin. Allah adına nəzir ver.” Özü cılız, sifəti tozdan qapqara olan, əynində köhnə xatırlamadığım paltarlı anaya oxşamayan “ana”nın bu sözlərinə “Amin! Allah sənə verdiyi analıq hissini dərk edərək yaşamağı nəsib etsin.” deyərək yoluma davam etdim.

Həmişə nəziri əlsiz- ayaqsız insanlara, həqiqətən o nəzirə ehtiyacı olan insanlara verməyə tərəfdar olmuşam. Bu dəfə də onu düşünərək gedirdim.

Bu “ana”larla tez- tez qarşılaşırıq əslində. Belə körpələrlə də. Bu körpələr hətta qundaqda cansız kukla kimi heç hərəkət də etmir. Hətta dəfələrlə o qundaqların içindəki körpələrin canlı olub- olmadığına əmin olmaq üçün dayanıb gözümü zilləyib baxdığım vaxtlar olur. Lakin təəssüf ki, hər dəfə o körpələrin cansız kukla yox, canlı uşaq olduğunu görürəm. Amma məsələ orasındadır ki, evdə tox qarınla, isti paltarda uşaqları yatızdırmaq çətin olduğu halda, bu uşaqlar soyuq, qarlı, şaxtalı havalarda yarı ac, yarı tox qarınla necə belə uzun müddət yata bilirlər?! Hətta dəqiqliyini bilməsəm də eşitdiyimə görə uşaqları kütləvi şəkildə diləndirən zaman bu körpələrə sakitləşdirici, keyləşdirici dərmanlardan istifadə edilir. Yenə də dəqiqini Allah bilir.

Bir az aralıda bir kiçik 5-6 yaşlarında olan uşaq altında kardon oturub qabağına papaq açmışdı. Bu daha bir həmişə gördüyüm ürək ağrıdan mənzərələrdən idi. Qızım o uşağın niyə elə yerdə oturduğunu və özüdə orda oturmaq istədiyini bildirdikdə bir anlıq onu həmin körpənin yerində təsəvvür etdim və qeyri- ixtiyarı qızımı qucağıma aldım. Beynimi donduran bu suala necə cavab verəcəyimi düşünürəm. Əlbəttə bu sualın cavabı yoxdur.

O körpələri psixoloji cəhətdən düşündükcə necə eqoist, necə üzlü, loru dildə desək “silinmiş”, “sırtıq” simalar yetişdiyini gələcəyimiz, övladlarımızla böyüyən cəmiyyət məni qorxudur. Bunları yollara salan kimdir axı? Onları dilənməyə vadar edən, insanlara əl açmağa məcbur edən nədir axı? Yəqin ki, tamahları deyə düşünürsünüz. Amma bu bizim uydurduğumuz tərəfidir. Yəni bu qədər vicdansız ana olar ki, 2-3 aylıq körpəsini 1 köhnə, nimdaş ədyalla yol qırağında isti, soyuq, qar, yağış bilmədən “böyütsün”, çürütsün? Bu məsum dilənçilər bizim yetişməkdə olan gələcəyimizin müəyyən faizidir.

Sadəcə bu haqda internetdən bir neçə yazı oxumuşam və gözümün önündə keçmiş türk filmlərindəki epizodlar canlanır. İnsan insanı istismar edir. Bir mafiya kimi qurulan bir “qoşun”, “dilənçi qoşunu”. Tələbə vaxtı baxdığım bir hind filmini xatırlayıram. “Dilənçi Milyonçu” səhv etmirəmsə adı belə idi. Adının dəqiqliyini unutduğum bu filmin bütün epizodlarını xatırlayıram. Bu qədər dəstə- dəstə uşaqlı – analı necə deyərlər “qoşun” kiminsə nəzarətində, əsarətində dilənir.   Sən demə bu kimi bənzər hadisələr dünya ölkələrində, həmçinin bizim ölkəmizdə də olur. Kaş bu haqda araşdırmaq əlimdə olsaydı…

Bugün qabağımda dayanan qara saçlı, qara gözlü, 7-8 yaşlı qız məni, vicdanımı məcbur etdi ki, bunları yazam. Çox gözəl gözləri var idi və o gözlər yalançı yazıqlığı ilə qabağımda mənə zillənmişdi. Bu körpələrlə danışmağı həmişə çox istəmişəm, amma hər dəfəsində danışmaqdan, ünsiyyətdən qaçıblar. Bu dəfə onunla danışmağı yox, onun gözlərinin yalançı yazılığı arxasında gizlənmiş əsl həqiqəti, mənə deyəni qeyd etməyi qərara almışam. Yəqin ki, o məsum gözlərdə mənə dediyini mən bu kiçik yazıya sığdıra bilmərəm. Amma o gözlərdə tək bir kəlmə mənə və bütün körpələri qucağında, ətrafında olan ana- atalara çatdırırdı: “ Kaş mənim də anam- atam məni nəvazişlə böyüdər, oxuyub nələrəsə yiyələnməyimə dəstək olar, ən əsası bu yaşımda kiməsə əl açmağımdan canımı qutarardı. Təkcə mən yox, kaş bütün uşaqlar diləndirilməyə, istismar olunmaya, qul edilib təcavüzə məruz qalmaya. Kaş bütün uşaqlar öz uşaqlıq aləmlərini gözəl, rəngarən yaşaya bilə, həyatlarının rəngi boz olmaya!!!”

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Novruz Məmmədov tənqid etdi

Next Post

“Avropa Oyunları üçün ayrılmış pul yoxlanılır”

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

“Avropa Oyunları üçün ayrılmış pul yoxlanılır”

İctimai Telviziya mükafata layiq görüldü – FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.