Avropa Parlamentinin irlandiyalı üzvü Mik Uolles NATO-nun yoxa çıxmasının Avropaya fayda verəcəyini bildirib. Elchi.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Avropa NATO-nun döyüş maşınının mövcudluğunu dayandırdıqda daha yaxşı olacaq. O, nə Aİ vətəndaşlarına, nə də başqalarına yaxşı heç nə təklif edə bilməz”, – deyə deputat bildirib.
Uolles həmkarlarını NATO-ya səsləndiklərinə və müharibələri dəstəklədiklərinə görə də tənqid edib.
Bundan əvvəl Uolles bəyan edib ki, ABŞ-ın onu dayandırmaq istəməməsi səbəbindən Ukraynadakı münaqişə bu günə qədər davam edir.
Havar Şəfiyeva






