Premyer Liqada pis mövsüm keçirən “Mançester Yunayted” mövsümün əvvəlində “Tottenhem”dən icarəyə götürdüyü ispan sol cinah müdafiəçisi Serxio Reqilonun icarə müqaviləsinə xitam verdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, İngiltərə Premyer Liqa təmsilçisi “Mançester Yunayted” mövsümün əvvəlində “Tottenhem”dən icarəyə götürdüyü ispan futbolçu Serxio Reqilonla müqaviləni ləğv edib.
“Mançester Yunayted” klubundan verilən açıqlamada ötən ilin avqustunda 1 illik icarəyə götürülən 27 yaşlı sol cinah müdafiəçisinin müqavilənin ləğvi maddəsinin aktivləşdiyi və Reqilonun “Tottenhem”ə döndüyü bildirilib.
Real Madrid infrastrukturunda böyüyən Reqilon İspaniyanın “Sevilya” və “Atletiko Madrid” komandaları ilə yanaşı, “Tottenhem”də də çıxış edib.
Nuranə Məmmədova





