Rusiyanın məşhur siyasətçisi Boris Nemtsov Moskvada qətlə yetirilib.
Virtualaz.org saytı xəbər verir ki, Rusiya baş nazirinin keçmiş müavininin qətli haqda məlumatı “İnterfaks” agentliyi yayıb.
Bu məlumatı REN telekanalı da yayıb. Telekanal xəbər verir ki, bu cinayət hadisəsi Moskvanın “Böyük daş körpüsü” adlı məkanında baş verib.
Rusiyalı siyasətçiyə ağ rəngli avtomobildən 4 dəfə atəş açılıb. Nemtsov aldığı güllə yaralarından yerindəcə keçinib.



