Almaniya xarici işlər naziri Annalena Berbok bazar günü Yaxın Şərqə səfər edəcək.
Elchi.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, səfər zamanı Berbok İsraildə yeni xarici işlər naziri İsrail Katz və Prezident İshaq Herzoqla görüşəcək. Daha sonra almaniyalı nazir Fələstinə gedəcək və orada Mahmud Abbas və xarici işlər naziri Riyad əl-Maliki ilə görüşəcək.
Qeyd edək ki, bu, Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən bəri Berbokun bölgəyə dördüncü səfəri olacaq.






