Türkiyədə balıqçılar torlarına ilişmiş dəniz minası tapıblar. Elchi.az xəbər verir ki, bu barədə Habertürk telekanalı məlumat yayıb.
Hadisə yanvarın 5-də Qara dəniz liman şəhəri Ereğli yaxınlığında baş verib. Balıqçılar sahil mühafizəsinə şübhəli əşya tapdıqları barədə məlumat veriblər. Bundan sonra ərazidə gəmilərin hərəkəti dayandırılıb, Türkiyə limanı yol hərəkəti də daxil olmaqla bağlanıb.
Hadisə yerinə gələn mütəxəssislər partlayıcı qurğu olduğu üzə çıxan obyektə baxış keçirib. Daha sonra mina yük maşınına yüklənib və əlavə müayinə və məhv edilməsi üçün təhlükəsiz yerə aparılıb.
Havar Şəfiyeva






