Britaniya ordusunun piyada batalyonunun keçmiş komandiri, istefada olan polkovnik Riçard Kemp Ukrayna prezidenti Volodimir Zelenski haqqında danışıb.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Kemp qeyd edib ki, Ukrayna lideri yorğun və qələbə qazanmaq üçün çox zəif görünür.
Bundan əlavə, keçmiş hərbçi hesab edir ki, Zelenski heç vaxt cəbhədə nəticə əldə etmək üçün strategiya hazırlamayıb. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğursuzluğundan sonra getdikcə daha çox ekspert sülh sazişləri bağlamağa meyllidir.
Kemp həmçinin Zelenski ilə komandası və digər siyasətçilər arasında yaranan fikir ayrılıqlarına diqqət çəkib. O, düşünür ki, Zelenskinin rəhbərliyi indi sınaqdan keçirilir.
Təqaüddə olan polkovnik belə qənaətə gəlir ki, Ukrayna prezidenti təxminən iki il davam edən hərbi əməliyyatlardan tükənib.
Yeganə






