Macarıstanın baş nazirinin mətbuat katibi Bertalan Havaşi Viktor Orbanın Avropa Şurasının rəhbəri postuna mümkün müvəqqəti təyinatını şərh edərək, strateji sakitliyə çağırıb. Elchi.az xəbər verir ki, onun sözlərini RİA Novosti sitat gətirir.
“Biz bu məsələdə strateji sakitliyi tövsiyə edirik” – deyə Havaşi jurnalistlərə bildirib.
Ölkə hökumətinin başçısı Aİ-də sədrlik edən ölkənin lideri kimi yayda müvəqqəti olaraq bu vəzifəni icra edə bilər. Bu, Avropa Şurasının hazırkı rəhbəri Çarlz Mişelin qarşıdan gələn seçkilərdən sonra avropalı deputat kürsüsünə yiyələnməsi və vəzifəsini vaxtından əvvəl tərk etməsi və Avropa İttifaqı ölkələrinin liderləri onun varisi ilə bağlı razılığa gəlmədiyi halda baş verəcək.
Bununla belə, Mişelin seçkilərə qədər istefa verəcəyi gözlənilmir, o, öz vəzifələrini seçkilərə hazırlıqla birləşdirmək niyyətindədir və səlahiyyətlərini yalnız 2024-cü ilin iyununda təhvil verəcək.
Havar Şəfiyeva






