Livandakı Hizbullah Hərəkatı İsrailin Həmas rəsmisi Salih əl-Aruri və Hizbullahın yüksək səviyyəli üzvü Visam Hüseyn Tavili öldürməsinə cavab olaraq İsrailin hərbi qərargahına kamikadze pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil etdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Hizbullah İsrailin Safed şəhəri yaxınlığındakı hərbi qərargahına hücumu ilə bağlı açıqlama verib.
Açıqlamada, HƏMAS Siyasi Bürosunun sədr müavini Aruri və Hizbullahın sahədə yüksək səviyyəli üzvlərindən Tavilin öldürülməsinə cavab olaraq hücumun təşkil edildiyi, İsrailin “Dado hərbi qərargahı”nın kamikadze PUA-larla hədəf alındığı bildirilib.
Nuranə Məmmədova






