Bakının mərkəzində, Fəvvarələr meydanında ölkədə manatın ucuzlaşmasından sora yaranmış süni qiymət artımına qarşı etiraz aksiyası keçirilir.
16:00
Reportyorumuz bildirir ki, aksiyada 400-ə yaxın insan iştirak edib. Polis artıq aksiya iştirakçılarını dağıdıb. Ərazidə təhlükəsizlik tədbirləri görülür.
Hazırda saxlanılanların ümumi sayı 9 nəfərə çatıb. Onların əksəriyyəti gənclərdir.
* * * *
Reportyorumuz Məhəmməd Türkmənin verdiyi məlumata görə, hazırda 5 nəfər aksiya iştirakçısı polis tərəfindən saxlanılaraq, ərazidə yerləşən polis bölməsinə aparılıb.
Məlumata görə, saxlanılanlardan biri yaşlı qadındır.
Aksiyadan fotoları təqdim edirik:








