Naməlum hücumçular Almaniyanın şimalında “LNG” terminalı üçün tikilməkdə olan qaz kəmərini zədələyiblər. Borularda hər birinin arasındakı məsafə bir kilometr olan səkkiz deşik qazıblar. Elchi.az Almaniyanın “Der Spiegel” nəşrinə istinadən yazır ki, ümumi zərər 1,6 milyon avro təşkil edir.
“Naməlum cinayətkarlar Şlezviq-Holşteyndə Brunsbüttel və Hetlingen arasında ən azı səkkiz yerdə LNG xətti qazıblar. İlkin hesablamalara görə, təxribat nəticəsində ən azı 1,6 milyon avro ziyan dəyib”, – məlumatda deyilir.
Qeyd olunur ki, deşiklər peşəkar avadanlıqlardan istifadə edilməklə edilib və hadisənin təfərrüatları prokurorluq tərəfindən araşdırılır.
Havar Şəfiyeva






