Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin üzrə xüsusi məruzəçisi Francesca Albanese və mənzil hüququ üzrə xüsusi məruzəçisi Balakrişnan Rajaqopal İsraili Qəzzada dinc insanları ac və evsiz qoyaraq soyqırım cinayəti törətməkdə ittiham edib.
Elchi.az xəbər verir ki, bu barədə BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese bildirib.
Albanese, “Bu vəziyyət soyqırım ittihamlarını daha da ağırlaşdırır, çünki fiziki məhvə aclıqdan nail olmaq olar. İsrail bunun mübaliğə olduğunu deyir. Bəs media mənsubları və insan haqları müşahidəçiləri niyə Qəzzaya girə bilmirlər?” -deyə bildirib.
BMT-nin 1948-ci il “Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq, əgər dövlət konvensiyanın maddələrini pozarsa, konvensiyaya qoşulan istənilən dövlət pozan dövlətə qarşı BƏM-də iddia qaldıra bilər.
Cənubi Afrika Respublikası dekabrın 29-da İsrailin 7 oktyabrdan bəri Qəzzada törətdiyi hərəkətlərlə Soyqırım Konvensiyasını pozduğunu əsas gətirərək Beynəlxalq Ədliyyə Məhkəməsinə iddia qaldırmış və İsrailə qarşı müvəqqəti qadağa tələb etmişdi.
Nuranə Məmmədova






