Ekvador Prezidenti Daniel Noboa ölkədə cinayətkar dəstələr tərəfindən zorakılıqların artması fonunda yerli hakimiyyət orqanlarının yüzlərlə əcnəbi məhbusun sayını və xərclərini azaltmaq üçün vətənlərinə deportasiya etdiyini söylədi. Elchi.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Ekvador həbsxanalarında 1500-ə yaxın kolumbiyalı olduğu qeyd edilir. Ölkə prezidenti həmçinin vurğulayıb ki, Kolumbiya, Peru və Venesueladan olan məhbuslar Ekvador həbsxanalarında saxlanılan bütün əcnəbilərin 90 faizini təşkil edir.
Ekvadorda silahlı qarşıdurma yanvarın 7-də Los Çoneros cinayətkar qrupunun lideri, Fito ləqəbli Xose Adolfo Villamarın həbsxanadan qaçmasından sonra başlayıb. Bundan sonra qəzəblər digər həbsxanalara da yayılıb. Qeyd edək ki, bu hadisələr fonunda Ekvador prezidenti ölkədə fövqəladə vəziyyət və komendant saatı tətbiq etməli olub.
Havar Şəfiyeva






