“İsrailin bölgəyə qarışması və Fələstin dövlətinin yaranmasına şərait yaratması İranı təcrid etməyin ən yaxşı yoludur”.
Elchi.az BBC.com-a istinadən xəbər verir ki, bu fikirləri Yaxın Şərq turnesi başa çatmaqda olan ABŞ dövlət katibi Entoni Blinken bildirib.
“Bu, İranı və ona bağlı qrupları təcrid etməyin ən yaxşı yoludur”, – deyə dövlət katibi bildirib.
Blinken əlavə edib ki, ABŞ İordan çayının qərb sahilindəki vəziyyətin partlamaması üçün hər cür səy göstərir.
Yeganə






