"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezident bunu xalqın müzakirəsinə təqdim etdi

13 Yanvar 2024 - 12:14
in SİYASƏT

Prezident İlham Əliyevin yerli televiziya kanallarına iki saatdan çox davam edən müsahibəsini müstəqilliyimizin bərpasından keçən 30 ilə bir baxış adlandırmaq olar. Prezident ölkəmizin bugünkü reallıqlarını məhz 1993-cü ildəki vəziyyətlə müqayisə etməyin düzgün olacağını bildirərək 1993-2003-cü illərdə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunduğunu, dövlətçilik prinsiplərinin bərqərar olunduğunu və ölkənin davamlı inkişaf yoluna qədəm qoyduğunu vurğuladı. 2003-cü ildə keçirilmiş prezident seçkilərinə toxunan dövlətimizin başçısı həmin seçkiləri ölkəmizin tarixində həlledici məqam adlandırdı. 2003-cü il seçkilərində İlham Əliyevin inamlı qələbəsi Heydər Əliyev siyasi kursunun davam etdirilməsinə zəmanət yaratdı və sonrakı bütün uğurlar məhz Heydər Əliyev strategiyasının qətiyyətlə həyata keçirilməsinın nəticələri kimi ortaya çıxdı. Prezident İlham Əliyev ötən ilin 20 sentyabr tarixini müasir tariximizin yeni dövrünün başlanğıcı adlandırdı.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə əldə olunan uğurların hamısını tarixi uğurlar adlandıran deputat deyib: “Dünyanın qeyri-sabit zamanında, bir sıra ölkələrdə inqilabların silsilə şəklində baş verdiyi və ölkələri viran qoyduğu bir vaxtda böyük güc mərkəzlərinin hədəfində olan Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etmək və sürətli iqtisadi inkişafa nail olmaq heç də asan olmamışdı. Təxminən 30 il ərzində ölkəmizin müharibəyə cəlb olunması ilə onun inkişafını əngəlləməyə və öz asılılığına salmağa çalışan güc mərkəzlərinin cəhdlərinə baxmayaraq, Azərbaycan beynəlxalq müstəvidə öz müstəqil siyasətini yürütməyə və ölkəni salındığı labirintdən çıxarmağa nail oldu. 2020-ci ilin Vətən müharibəsinin özü dünya üçün gözlənilməz olduğu kimi, həmin müharibədə Azərbaycanın tarixi Zəfəri də bir çox dövlətlər və beynəlxalq təşkilatlar üçün gözlənilməz oldu. Lakin Prezident Əliyev və Azərbaycan xalqı bu Qələbəyə əmin idi. Bu tarixi Zəfər son bir neçə əsrdə işğal olunmuş torpaqlarımızın özümüzə qaytarılmasının ilk nümunəsi idi. Bu Qələbəni Azərbaycan xalqı məhz Prezident İlham Əliyevin müdrik siyasəti və mahir diplomatiyası sayəsində qazandı. Ötən ilin 20 sentyabr tarixinə qədərki dövrü ölkə başçısı belə dəyərləndirdi: “Sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi”. Ölkəmizin bu günündən danışan Prezident Azərbaycanı “…həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə” adlandırdı. 2020-ci ilin 9 noyabr tarixli üçtərəfli Bəyanatını, 2023-cü il aprelin 23-də Laçın dövlət sərhədindən buraxılış məntəqəsinin açılmasını və nəhayət həmin il sentyabrın 19-20-də separatçıların yuva saldığı Qarabağ ərazisində antiterror tədbirlərinin həyata keçirilməsini ayrı-ayrılıqda təhlil edən İlham Əliyev bu hərbi-siyasi hadisələri çağdaş tariximizin parlaq səhifələri adlandırıb”.

Cavanşir Feyziyev qeyd edib ki, müsahibədə Azərbaycanın dünya dövlətləri ilə münasibətləri, xüsusilə Fransa–Azərbaycan münasibətlərinin mahiyyəti, Böyük Qayıdışla bağlı görülmüş və görüləcək işlərin məzmunu, Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması, imzalanması gözlənilən sülh müqaviləsi, gələcək qlobal və regional miqyaslı iqtisadi layihələr haqqında suallar da yer alırdı: “Verilən suallara özünəməxsus səmimiyyətlə cavab verən Prezident bütün suallara aydınlıq gətirdi və qarşıdan gələn növbədənkənar prezident seçkiləri haqqında da öz mülahizələrini bölüşdü. Fevralın 7-nə təyin olunmuş seçkiləri ölkəmizin həyatında yeni dövrün başlanğıcı kimi xarakterizə edən ölkə Prezidenti bildirdi: “…Suverenliyimiz tam bərpa olunub. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Bütün amilləri – siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi…”

Deputatın sözlərinə görə, son 20 ildə ölkəmizdə keçirilmiş prezident seçkilərinin xronologiyasına baxsaq görərik ki, hər bir seçki ərəfəsində prezidentliyə namizəd İlham Əliyev yeni və daha iddialı seçki proqramı ilə seçicilərinin qarşısına çıxıb və hər dəfə də müəyyənləşdirdiyi, bəyan etdiyi bütün proqramları artıqlaması ilə yerinə yetirib.

“Son seçkilərdən sonra baş verən bütün hadisələr o qədər sürətli oldu ki, artıq prezidentlik müddətinin qalan iki ili üçün yeni hədəflərin müəyyənləşdirilməsinə ehtiyac yarandı. Bunu yerli telekanallara müsahibəsində də vurğulayan prezident yeni dövrün başlanğıcını elan etdi və ölkəmizin qədəm qoyduğu yeni dövr üçün xalqımızı yeni milli ideyanın müzakirəsinə dəvət etdi. Doğrudan da hər bir cəmiyyətin və dövlətin davamlı inkişafını təmin etmək üçün onun hər bir dövrə uyğun yeni milli ideyası olmalıdır. Prezidentin milli ideya məsələsini ümumxalq müzakirəsinə təklif etməsi o deməkdir ki, ölkənin idarə olunmasında ölkə başçısı ilə bərabər xalq da birbaşa iştirak edir və Prezident bu iştirakın formal olmasını yox, faktiki olmasını arzulayır. Məsələyə belə yanaşma İlham Əliyevin əsl xalq Prezidenti olduğunun göstəricisidir”, – deyə Cavanşir Feyziyev vurğulayıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yol polisindən hərəkət iştirakçılarına müraciət

Next Post

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Rəsmi Bakıdan Fransa XİN başçısına cavab

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Bu yolda sürət həddi endirildi

Bu yolda sürət həddi endirildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.